İran ABŞ-yə yeni nüvə təklifi ETDİ

21:02 23.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran ABŞ ilə aparılan dolayı danışıqlar çərçivəsində uranın 3.6%-dən yuxarı zənginləşdirilməsinin 10 il müddətinə dayandırılması təşəbbüsü ilə çıxış edib.

Hafta.az xəbər verir ki, bu barədə "Al Hadath" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran uranın 20%-dən yuxarı zənginləşdirilmiş hissəsini ölkə daxilində "seyrəltməyə" hazır olduğunu da bildirib.

Bildirilib ki, mümkün sənəd layihəsində İran nüvə silahı istehsal etməyəcəyini təsdiqləyir. Bunun müqabilində isə ABŞ-dən sanksiyaların tam ləğvini və dondurulmuş aktivlərin qaytarılmasını tələb edir.